Müğənnilər uşaqlar üçün oxudular - FOTO

Müğənnilər uşaqlar üçün oxudular - FOTO
"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin və "Azərsun"un baş sponsorluğu ilə bayram ərəfəsində uşaq evlərində böyüyən 200 uşaq üçün "Millenium" restoranında "Qoy üzləri gülsün" adlı Novruz Şənliyi təşkil olunub. SİA-nın məlumatına görə, təşkil olunan tədbirin aparıcıları gənclərin sevimlisi "NEXT" qrupunun üzvləri idi.

Uşaqların bayramını bir sıra məşhur müğənnilər öz ifaları ilə təbrik ediblər. "Yeni Ulduz" yarışmasından Elvin Abdullayev, Xalid, Sevinc Musayeva, "Xalq Ulduzu" Kamil, Leyla Ramazanlı, Elçin Cəfərov, Roza Zərgərli, müğənni Xatun, Almaz Ələsgərli, Arzum, "NEXT"qrupunun eks-üzvü Adil Baxışlı şən ifaları ilə əsl bayram ab-havası yaradıblar.

Uşaqlar aşpaz Mehman Ustanın hazırladığı yeməklərdən dadıblar. Bundan başqa balacalar sehrbazın çıxışını maraqla izləyiblər. "Azərsun" isə balacalar üçün xüsusi bayram hədiyyələri hazırlamışdı. Xatırladaq ki, tədbirdə aşağıdakı uşaq evlərindən balacalar iştirak ediblər:

1. 16 saylı İnternat məktəbi(Şüvəlan)
2. Psixonevroloji uşaq evi (Ramana)
3. Psixonevroloji internat məktəbi(Gənclik)
4. Əlillər Evi (Ramana)
5. Təbbəsüm uşaq evi (Maştağa)

Bütün xəbərlər Facebook səhifəmizdə