10 ildən sonra elə arıqladı ki... FOTOLAR

10 ildən sonra elə arıqladı ki... FOTOLAR

Əcnəbi müğənni Kerry Katona görünüşündə dəyişiklik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 39 yaşlı ifaçı artıq çəkidən xilas olub.

Dörd uşaq anası olan sənətçi yeni görünüşdə olan fotolarını sosial media hesabında yayımlayıb.

Onun olduqca arıqlaması izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri ifaçıya hansı yollarla arıqlaması ilə bağlı suallar yağdırıblar.

Kerry Katona sevənlərinə sağlam qidalanıb və idman etməklə artıq çəkidən xilas olduğunu bildirib.

Qeyd edək ki, sənətçi 10 il öncə hamilə olarkən kökəlməsi ilə gündəmə gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə