Miri Yusifin 9 yaşlı Adeli FOTOLAR

Bu gün xalq artisti Miri Yusifin ailəsində xoş gündür. SİA-nın məlumatına görə, ifaçının qızının doğum günüdür. Bu haqda Mirinin özü xəbər verib. Belə ki, Xalq artisti övladının indiki və illər öncə çəkilmiş şəkillərini yayımlayıb. Adelin ünvanına xoş sözlər yağdırıb: "Bu gün gözümün nuru, qızım Adelin 9 yaşı tamam olur. Arzu edirəm ki, Adellə birgə bütün balaların üzü hər zaman gülsün. Biz isə onlara yalnız sonsuz sevgimizi deyil, düzgün tərbiyə aşılaya bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə