Afaq Bəşirqızının yıxılma xəbəri yalan çıxdı AÇIQLAMA

Afaq Bəşirqızının yıxılma xəbəri yalan çıxdı AÇIQLAMA

Bəzi saytların yaydığı məlumata görə Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.
Hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib. Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.

Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.

SİA-ya məsələ ilə əlaqədar olaraq Akademik Musiqili Teatrın mətbuat xitməti Fəridə xanımla əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən Fəridə xanım xəbəri təkzib etdi: "Afaq Bəşirqızına heç nə olmayıb. Səhhətində hər şey yaxşıdır. Hətta "İnstintaq" adlı tamaşada rol alıb. Həmin tamaşaya hazırlaşır. Odur ki, yayılan xəbər tamamilə yalnışdır".

Xalq artisti Afaq Bəşirqızının özü ilə dəfələrlə əlaqə saxlamaq istəsək də bir nəticə əldə edə bilmədik. Belə ki, aktrisa telefonlarımıza cavab vermədi.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə