Ötən ilin noyabrında itkin düşən və yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli sosial mediada böyük müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, bu faciəyə məşhurlar da biganə qalmayıb. Onlar sosial media hesablarında bununla bağlı paylaşım ediblər.
Müğənni Elton Hüseynəliyev: "Dəhşətli bir hadisədir. Qatil mütləq cəzalanacaq, buna əminəm. Belə məxluqlar ən ağır cəzaya layiqdir”.
Müğənni Elvin Abdullayev: “Bu körpənin günahı nədir? Allah heç bir ana-atanı övladı ilə sınağa çəkməsin. Bunu edər hər kimdirsə, çarmıxa çəkilməlidir”.

Müğənni Nigar Camal: "Bu, ağır itkidir. Biz bilmirik Nərmin balamıza hansı xəsarətləri yetiriblər. Belə insanları, pedofilləri məhv etmək, diri-diri yandırmaq lazımdır. Başqa yol görmürəm. Balaca uşağa necə başqa gözlə baxmaq olar? Məsum körpəyə - 10 yaşlı qıza bunu etmək vəhşilikdir. Belə şeyləri boş buraxmaq olmaz. Tapıb cəzalandırmaq lazımdır. Özü də həbs etmək yox, dünyadakı ən sərt cəzalara məhkum etmək mütləqdir. Uşaqlar valideynə Allahın ən böyük hədiyyəsidir. Allah heç bir valideynə bu ağrını nəsib etməsin!”.

Aparıcı Lalə Azərtaş: "Bəli! Meşələr yanmasın, canlılar məhv olmasın. Amma belə məsum körpələr heç ölməsin, öldürülməsin. Qatili ən ağır şəkildə cəzalandırılsın. Onun ahın ödəmədən, hər gün ölə-ölə yaşamadan rahat gəzmə, qatil!”

Aparıcı Xoşqədəm Hidayətqızı: "Mənim on yaşlı mələyim sənə kim qıydı? Bala səni kim yandırdı? Görəsən o vəhşi sənə qıyarkən vicdanı titrədimi? Sənin ölüm xəbərini aldım və inan ki mən də öldüm. Həftələrdi Nərmin deyib efirdən o canilərə yalvardım, sənin üçün doğulduğun kəndə qədər gəldim.
Günlərlə iş telefonuna özüm cavab verdim, bəlkə mənə gizli şəkildə kimsə sənin sirrini açar deyə. Olmadı qızım, mələyim, körpəm, olmadı... Mən o caninin qarşısın ala bilmədim, səni xilas edə bilmədim. Nərminim məni bağışla.
Nərmin, sənin axtarışına çıxarkən bilirdim sən artıq yoxsan, amma möcüzəyə inanırdım. İnanırdım , deyirdim belkə də sağ tapılacaqsan. Əlimdən gələni etdim, o böyüdüyün evi, ətrafını, gəzdiyin küçəni gəzdim, dolaşdım, amma səni tapa bilmədim. Düşünürdüm möcüzə olar. Sən öldürülərkən fəryadına yetişə bilmədim, məni bağışla. Sızlayan yaralarına məlhəm ola bilmədim. Gecə 01:47 mən hələ də yata bilmirəm. Səni öldürdükləri, yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, həmin an kimi çağırırdın , o balaca ürəyin yaşadığın dəhşətə necə dözdü. Bu acıya dözə bilmirəm. Günahsız körpəm, bu sətirləri göz yaşları ilə yazıram".

Aktrisa Könül Yusifqızı: "Uşaq qətlinə susmayaq. Dur deyək!"

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB