Mehmet Ali Erbildən yeni xəbər VİDEO+FOTOLAR

Mehmet Ali Erbildən yeni xəbər VİDEO+FOTOLAR

Uzun zamandır xəstəliyi ilə mübarizə aparan şoumen Mehmet Ali Erbil verilişlərin birində qonaq olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 258 gündən sonra xəstəxanadan çıxan Erbil efirdə ölümün pəncəsindən qayıtdığını bildirib.

Sağlığına qovuşan aktyor baba olduqdan sonra həyatındakı dəyişiklikdən də bəhs edib: "Bir ildir xəstəxanada müalicə alırdım. 2019-cu ildə Yeni ili xəstəxanada keçirdim. Amma 2020-ci ili ailəmlə birgə evdə qeyd etdim. Nəvəm dünyaya gələndən sonra xəstəxanadan birgə çıxdıq. 2020-ci ildə hər kəsə can sağlığı, xoşbəxtlik, ən sonda isə pul arzulayıram".

Qeyd edək ki, şoumen uzun müddət ürəyində və beynində yaranan problemlərə görə müalicə alıb.

http://www.hurriyet.com.tr/galeri-mehmet-ali-erbil-taburcu-olduktan-sonra-ilk-kez-konustu-41413421/5

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə