Aysundan sevgilisinə: "Möcüzəm, nə yaxşı ki, varsan" FOTOLAR

Aysundan sevgilisinə: "Möcüzəm, nə yaxşı ki, varsan" FOTOLAR

Bu gün müğənni Aysun İsmayılovanın doğum günüdür. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə özünü belə təbrik edib: "Bu gün doğum günümdür. Mənimlə birgə ad günü olan hər kəsi təbrik edirəm.

Özümə ilk növbədə can sağlığı, insanları tanımağı, sevib - sevilməyi, qadın xoşbəxtliyi və gələcəkdə sevdiyim adamla ailə qurub ağ gəlinliyi geyinməyi arzu edirem.

Allah bütün qızların eləcə də mənim qarşıma doğru insanı çıxarsın. Daima ailəmin dostlarımın sevdiyi xasiyyətimlə qürur duyduğu Aysun olaraq qalaram.

Allah doğmalarımı və dostlarımı mənə çox görməsin. Yaxşı ki, həyatımda varsınız. Ən əsası möcüzəm, nə yaxşı ki, varsan".

Qeyd edək ki, Aysun bir müddət öncə türkiyəli Ali Tanrıkulu ilə nişanlı olub. Daha sonra isə reper Qurdla sevgili olmaları xəbəri yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə