Qalmaqallı şəkildə "Ər və arvad" serialından ayrılan aktyorlar Elcan Rəsulov və Kəmalə Piriyeva yenidən bir araya gəlib. SİA-nın məlumatına görə, onlar "1 kişi, 1 qadın" adlı ekran işində rol alacaqlar. Hazırda serialın tanıtım çarxları yayımlanıb. Elcan ekran işinin yaxın günlərdə ATV-də efirə gedəcəyini vurğulayıblar.
Elcan və Kəmalə bir müddət əvvəl rejissorluğunu Aqil M.Quliyevin etdiyi serialdan qalmaqallı şəkildə ayrılıblar. Rejissor aktyorları, aktyorlar isə açıqlamasında rejissoru qeyri-peşəkarlıqda günahlandırıb.
Qeyd edək ki, Elcan "Ər və arvad"dan getməsi ilə bağlı "Hardansa getmişəmsə, bilin oradakılar işləmir. Özlərini hər şey etmiş hesab edirlər və yorulublar. İstəmərəm bizim üzümüzdən tamaşaçı yorulsun, baxdığı nəyisə yenidən izləsin. Kəmalə də əcəb edib gedib. Estetik baxımdan yaxşı deyil. Ər və arvad təqdim edilib, digərləri gələndə yaxşı alınmır" açıqlamasını vermişdi.
Aqil M.Quliyev isə "Ər-arvad" dəyişib. İki nəfər yox, daha çox adam olacaq" sözlərini söyləmişdi.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB