Müğənni-bəstəkar Nurlan Təhməzli və Sevinc Səfərova “Şəkər ilə bal” adlı yeni kliplərini təqdim ediblər. SİA-nın məlumatına görə, təqdim olunan klipi Sevinc sosial şəbəkədə paylaşıb və bu sözləri yazıb: "2020-ci ildə hər kəs rəqs edəcək. Yeri gəlmişkən, Sevil bu sənətdən gedib. Usta işləyir. Usta Sevil! Sən hər zaman mənim üçün bu sənətdə olacaqsan. Bu da mənim onsuz ilk işim”.
Qeyd edək ki, bir neçə gün əvvəl bacılar verilişlərin birində bu sözləri demişdi: "Şou-biznesdə özümüzü narahat, qəribə hiss edirik. Allah xeyirli bir qapı açsın, ailə quraq və oxumaqdan gedək. Davamlı müğənnilik etmək istəmirik. Sosial şəbəkələri belə gizli işlədəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB