31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində isə Sami Yusuf həmin konsertdən daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında yayaraq bütün soydaşlarımıza yüksək sənət zövqlü bayram hədiyyəsi bəxş edib.
SİA-nın məlumatına görə, dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusufla bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.
Videonu tanınmış müğənni “Azərbaycan: Əbədi varlıq” başlığı ilə yayımlayıb.
Böyük Britaniyada yaşayan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir. Albomları ilə dünya şöhrəti qazanan musiqiçi “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzu” elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB