Toliklə Rəhim barışığa imza atdı

Toliklə Rəhim barışığa imza atdı

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) müğənni Rəhim Rəhimli ilə barışıb. SİA-nın məlumatına görə, bu barədə Tolikin özü xəbər verib: “İki ilə yaxındır ki, Rəhim Rəhimli ilə aramız soyuq idi, amma bu gün məclisdə idik, heç nə olmamış kimi görüşüb söhbət etdik. Söhbət əsnasında öyrəndim ki, Rəhimin ad günüdür və ürəyimdən onu təbrik etmək keçdi. Bilmirəm hisslərimi izah edə bilirəm ya yox, sənət üçün yaşayanları küsdürməyin. Rəhim sənə can sağlığı, uzun ömür və əsası, səhnədə olmağını arzu edirəm”.

Qeyd edək ki, qalmaqala səbəb Rəhimin “Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə olar danışmaq, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik. Bir müddət keçəndən sonra gördüm proqramda “qurdluluq” edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən?” sözləri olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə