Amerikada yaşayan həmyerlimiz Azərbaycan mədəniyyəti haqqında film çəkir- FOTO

Amerikada yaşayan həmyerlimiz Azərbaycan mədəniyyəti haqqında film çəkir- FOTO
Uzun illərdir vətəndən kənarda yaşayan, orda çalışan Azim Sadıxov Azərbaycan mədəniyyətindən bəhs edən film çəkir. Bu barədə SİA-ya bildirən rejissor sözügedən layihənin rəhbərlik etdiyi "Advance Media Production"tərəfindən ekranlaşacağını söyləyib.

Onun sözlərinə görə, film Azərbaycan mədəniyyətindən bəhs edəcək. Filmin adı isə "Vətənimin vəsfi" (Miniatures from the Motherland) olacaq.

Azim Sadıxov açıqlamasında "istəyirəm ki, ölkəmin gözəlliyini Amerikada da nümayiş etdirim. Bu sənədli film deyil, yaradıcı işdir. Film ölkəmizin mədəniyyət sahəsindən bəhs etdiyi üçün muğam, caz, folk musiqisi də öz əksini tapacaq" deyə bildirib.

Onu da qeyd edək ki, bu layihədə xalq artistlər, Alim Qasımov, Teymur Mustafayev və caz musiqiçisi İsfar Sarabski çəkilib.

Rejissor filmi Azərbaycanda və Amerikada təqdim etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə