Əhməd Şəfəqin Bakı konsertində nələr baş verdi?

Əhməd Şəfəqin Bakı konsertində nələr baş verdi?
Dünən bəstəkar-müğənni Əhməd Şəfəq Heydər Əliyev Sarayında "İki bədəndə bir can" adlı solo konsert verdi. SİA-nın məlumatına görə, vətənpərvər mahnıların mahir ifaçısı kimi tanınan müğənni iki saatlıq möhtəşəm konsert proqramı ilə çıxış edib. Konserti giriş sözü ilə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı açaraq Əhməd Şəfəqin Bakıya ilk gəlişindən danışdı.

O, Ə.Şəfəqin tək müğənni kimi deyil, həmçinin yazar kimi də tanındığını və yazıları ilə Azərbaycanı Türkiyə mətbuatında təbliğ etdiyini tamaşaçıların diqqətinə çatdırdı. Həmçinin, S.Rüstəmxanlı Əhməd Şəfəqin səsini "tarixin səsi" adlandırdı.

"Azərbaycan-Türkiyə" oxuyan Əhməd Şəfəq səhnəyə tamaşaçıların gur alqışlarıyla buyurdu. İfasından sonra qonaqları - Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıçı, Türkiyənin "Sky TV" telekanalının proqramçısı Mətin Özkanı, "Beyaz TV"dən proqramçı Nuriyyə Atabəyi, "FOX TV"nin icraçı direktoru Doğan Şəntürkü, "Milliyət" qəzetinnin köşə yazarı Mehmet Tezkanı, "Bengütürk TV" telekanalının icraçı direktoru Murat İdeni, "Orta Doğu" qəzetinin icraçı direktoru Mehmet Müftüoğlunu təqdim etdi.

Müğənni ürək sözlərini məktuba yazdığını deyib, "Qarabağ" mahnısını ifa etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə