Zülfiyyə Xanbabayevaya ağır itki FOTO

Zülfiyyə Xanbabayevaya ağır itki FOTO

Xalq artisti Zülfiyyə Xanbabayevanın ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, sənətçinin qayınatası Şamı Məmmədov dünyasını dəyişib.

Bu haqda aparıcı Hacı Nuran məlumat verib. O, "İnstagram" səhifəsində sənətçi ilə birgə çəkilmiş fotosunu yayımlayaraq, bu sözləri yazıb: "26.12.2019 ... Xalq artisti Zülfiyyə Xanbabayevanın qayınatası Şamı Məmmədov 84 yaşında dünyasını dəyişib. Mərhumun üç mərasimi bu gün Təzə Pir Məscidində keçiriləcək. Allah rəhmət eləsin!".

Nəzərinizə çatdıraq ki, mərhum uzun illərdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva “Simurq” futbol klubunun keçmiş prezidenti Zaur Məmmədovla evlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə