İradə: "Bir-birimizə söykənərək yaşlanmaq zövq verir" FOTO

İradə: "Bir-birimizə söykənərək yaşlanmaq zövq verir" FOTO

Müğənni İradə İbrahimova həyat yoldaşı ilə birgə çəkdirdiyi fotosunu sosial media hesabında yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı paylaşımına əri ilə bağlı etiraflar edib: "Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara qatlaşmağı bacaran bir xarakter istəyir. Həyat yoldaşı həyatımızı böldüyümüz insandır. Münasibətlər "Dözürəm neyniyim" deyerek davam etdirilməz. Bu cür düşünən nə qadına, nə də kişiyə hörmət etmirəm. Həqiqətən bir-birinə bağlı iki insan üçün gəncliyin əldən getməyi fəlakət deyil. Bir-birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur. Ərimlə yaşlanmaq istəyirəm. Çox şanslıyam və bu həyatda hər zaman şükür etmə səbəbim oldun. Mən səndən çox razıyam. Səni çox sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə