Xalq artisti Röya Ayxan yeni klip çəkdirir. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışaraq klipində məşhur simaların rol aldığını bildirib: "Ekran işinin ssenarisi 90-cı illər üçün nəzərdə tutulub. Klipdə çəkilən Xalq artisti Murad Dadaşov imkanlı bir şəxsdir. Hər kəs onun ad gününə yığışır. Mənə də pul verib, oxutdururlar. Gecəboyu başıma oyun açırlar. Məzəli bir klipdir. Ekran işində Xalq artistləri Murad Dadaşov, Miri Yusif və xanıım, müğənnilər Zamiq Hüseynov, Azad Şabanov, Sevda Yahyayeva, aktyor Elşən Orucov, aparıcı Nəsib Nur və xanımı rol alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB