Bir müddət öncə “hə” mərasimi olan aktrisa Asya Atakişiyeva və aktyor Əmrah Dadaşovun nişan mərasimləri olub. SİA-nın məlumatına görə, cütlüyün nişanı ötən gün şəhər restoranlarının birində baş tutub.

Gecədən fotolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə