Roza bələdiyyə üzvü seçilən oğlundan danışdı

Roza bələdiyyə üzvü seçilən oğlundan danışdı

Müğənni Roza Zərgərli övladlığa götürdüyü oğlu Corc Qafarovun bələdiyyə üzvü seçilməsindən bəhs edib. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Ölkəmizdə keçirilən bələdiyyə seçkiləri zamanı mənəvi oğlum Corc Qafarov Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin üzvü seçilib. Ölkəmizdə yaratdığı demokratik seçki abu-havasına, şəraitə görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Oğlum məni bir ana kimi sevindirib. Corc yaradıcılıq uğurları ilə yanaşı başqa böyük bir siyası kareyasına başlayıb. Hamı bilir ki, Corc Suraxanıda uşaq evində böyüyüb, bizim ailəmizə daxil olub, təhsil alıb. Daha sonra isə təhsilini ali məktəbdə davam etdirib, hərbi xidməti uğurla başa vurub və bu gün yaradıcılıq fəaliyyəti ilə məşğul olur. Doğrudan da Azərbaycanda demokratiyanın ən böyük göstəricisi gənclərə yaradılmış şəraitdır. Uşaq evində böyüyən, təhsil alan bir uşaq doğrudan da seçkili orqanda təmsil oluna bilər.

Gənclərə verilən qiymətə görə möhtərəm Prezidentimizə bir daha minnətdarlığımızı bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə