Aynişan nişanlısı ilə FOTOLAR

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva nişanlanıb. SİA-nın məlumatına görə, Aybəniz xanım qızının nişan mərasimindən yeni fotoları "İnstagram" səhifəsində yayımlayıb. Fotoda Haşımovanın qızı və nişanlısı, qaynanası və bacısı yer alıb.

Əməkdar artist paylaşımına bu sözləri yazıb: "Evlilik məsələsi yaman həyəcanlı işdir. Allah heç kimin övladını atdığı addımlarını peşman etməsin. Onu da qeyd edim ki, hər kəs balamın nişanlanması xəbərinə çox sevinib. Telefonlarım susmur. Hər kəs təbrik edir. Təbrik edənlərin hər birinə təşəkkür edirəm".

Həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə