Türkiyənin məşhur aktrisası Beren Saat "Kərgədan mövsümü" adlı filmdə Monika Beluççi ilə birgə çəkiləcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iranlı rejissor Bahman Ghobadinin çəkdiyi "Kərgədan mövsümü" adlı filmdə oyanayan aktrisa Monika Beluççinin "qızı" Türkiyənin populyar simalarından Beren Saat olacaq. Baş rollarda Beluççi ilə yanaşı, Behruz Vossughi, Yılmaz Erdoğan, Caner Cindoruk ve Belçim Bilginin rol aldığı filmdə Beluççiyə çox yaşlı sifət qrimi edilməsi jurnalistlərin diqqətindən yayınmayıb. Filmin rejissoru Ghobadi aktrisanın qızı roluna Beren Saatı dəvət etməsinin səbəbini onun üzünün Behruz Vossughiyə çox bənzəməsi ilə izah edib.
Qeyd edək ki, 1979-cu ildəki inqilabdan sonra heç bir filmə çəkilməyən, İranın məşhur aktyorlarından biri olan Behruz "Kərgədan mövsümü" filmində rol almasından məmnun olduğunu açıqlayıb.
Məlumat üçün əlavə edək ki, Beren Saat "Aşka-memnu"da Bihter, "Fatmagülün suçu nə"də Fatmagül rollarının ifaçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB