Aybəniz Haşımova nə işlər görür?

Aybəniz Haşımova nə işlər görür?
Azərbaycanın əməkdar artisti, məşhur müğənni Aybəniz Haşımova yaradıcılığında növbəti yeniliklərə imza atır. SİA-ya danışan müğənninin sözlərinə görə, o, "Aura" səsyazma studiyasında musiqi sinifi yaradıb. Ruslan Səfəroğlunun rəhbərliyi altında fəaliyyət göstərən studiyada sənət adamlarının əksəriyyəti öz mahnılarını yazdırır.

Burada Aybəniz Haşımova rəhbərlik etdiyi "Bülbüllər" qrupuna dərslər keçəcək və onların mahnılarını yazdıracaq.

Əməkdar artist onu da bildirib ki, bu yaxınlarda yeni mahnı yazdırıb: "Mahnının musiqisi Naibə Şahməmmədovaya, sözləri isə Muxtar Abduyeva məxsusdur. "Unutdun məni" adlı mahnıya bu yaxınlarda klip də çəkiləcək. Çox gözəl ifadır".

Bütün xəbərlər Facebook səhifəmizdə