Müğənni Rəqsanə İsmayılova “33 sual” rubrikasında qonaq olub. SİA-nın məlumatına görə, müğənni aparıcının suallarını cavablandırıb.
Rəqsanə aparıcının "Əkiz övladlarınızın üzünü nə vaxt tamaşaçılara göstərəcəksiniz?" sualına belə cavab verib: "Yenidən ana olmağı düşünürəm. Kimsə desə ki, artıq ana olmağım bəsdir, bu fikirlə qətiyyən razılaşmıram. Çünki gözəl ailəm, maddi imkanım var. Ona görə də ola bilsin ki, efirdə 4 əkiz uşağımın üzünü göstərim. Ərim də istəyir ki, yenidən uşaqlarımız olsun".
O, heç vaxt bağışlamadığı məşhurun adını da deməkdən çəkinməyib: "Bu şəxs illər öncə işlədiyim prodüserim Təranə Səmədovadır. Onu da bağışlayardım. Çox səhvini bağışlamışam. Aysuna qarşı etdiyi pis hərəkətlərinə görə onu heç vaxt bağışlamaram və halallıq da vermirəm. Həyatda mənə qarşı nə edirsən et, amma övladlarıma toxunma. Onlardan elə bir heyif çıxıram ki, heç vaxt bilməz ki, bu zərər ona məndən dəyib. Ona o qədər zərbə dəyib ki... Artıq ehtiyac yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB