Porno videosu yayılan Ülvi: "Xanımım tərəfindən xoş qarşılanmadı" AÇIQLAMA-VİDEO

Xəbər verdiyimiz kimi, aktyor-aparıcı Ülvi Həsənli ARB telekanalındakı işindən uzaqlaşdırılıb. SİA-nın məlumatına görə, buna səbəb sənətçinin bu gün sosial şəbəkədə yayılan intim görüntüləri olub. Belə ki, bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin videosu qız tərəfindən qeydə alınaraq, sosial mediada yayılıb.

Ülvi yayılan video ilə bağlı əməkdaşımıza açıqlama verib və bildirib ki, yaxın günlərdə geniş açıqlama yayacaq: "Bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, kimin dost və düşmənim olduğunu gördüm".

Aparıcı "Bu görüntülərə görə ailənizdə problem yaşandımı" sualına belə cavab verib: "Təbii ki, xanımım tərəfindən xoş qarşılanmadı. Amma hər şey yaxşıdır".

Nəzərinizə çatdıraq ki, aktyor Ülvi Həsənli bu il ailə həyatı qurub və yaxın zamanlarda ata olacaq.

Qeyd edək ki, artıq “Üçəlli” verilişinin yayımı da dayandırılıb. Belə ki, bundan sonra həftəiçi beş gün efirdə “Ona qalsa” proqramı yayımlanacaq. Verilişin aparıcısı şairə Nazilə Səfərli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə