Mələkxanım Əyyubova "ağardı" FOTOLAR

Mələkxanım Əyyubova "ağardı" FOTOLAR

Xalq artisti Mələkxanım Əyyubova gözlənilməz addım atıb. SİA-nın məlumatına görə, xanəndə "Aləm gözəl" adlı qalmaqallı mahnını müğənni qohumu Ramal İsrafilovla duet şəklində oxuyub. İfaçılar mahnı üçün kamera qarşısına keçərək, klip də çəkdiriblər.

"Aləm gözəl" adlı ekran işinin rejissoru Anar Hüseynovdur.

Qeyd edək ki, "Aləm gözəl" mahnısı üstündə Əməkdar artist Abbas Bağırovla Ramal arasında qalmaqal yaşanmışdı. Ramal həmkarı üçün yazdığı mahnını onun başqa bir müəllifin adıyla təqdim etdiyini söyləyib. Abbas isə "Aləm gözəl"i iş adamı Anar Məmmədovun yazdığını iddia edib.

Xalq artisti Brilliant Dadaşova isə sözügedən bəstəni Ramala özünün sifariş etdiyini və onun üçün yazıldığını söyləmişdi. Brilliant və Abbas uzun illər buna görə küsülü qalıb. Hazırda isə Ramalla Abbas mahnıya görə bir-biri ilə danışmır.

Bütün xəbərlər Facebook səhifəmizdə