Y.Mudrov adına Xarkov Milli Universitetinin Tələbə Sarayında Azərbaycanda fəaliyyət göstərən “Bu şəhərdə” komediya teatrının aktyorları, Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərovun iştirakı ilə konsert proqramı təşkil olunub. SİA-nın məlumatına görə, prodüser Müşfiq Abbasovun müəllifi olduğu “Hamı 19 ilə” konsert proqramı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Tədbirdən sonra sənətçilərə görə məkanda izdiham yaşanıb. Tamaşaçılar aktyorlarla foto çəkdirmək üçün səs-küy salıblar. Həmin an lentə alınan video İnstaqram hesabında paylaşılıb.
Qeyd edək ki, “Bu şəhərdə” komediya teatrının martın 27-də yenidən Xarkovda daha bir konserti gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB