Afaq: "Bunu “həcilər” və “evli” kişilər dəqiq bilər" FOTO + VİDEO

Müğənni Afaq Aslan heç kimin gözləmədiyi açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı ad çəkməsə də həmkarı Xatunu "yıxıb-sürüyüb": "Bayram günləri ərəfəsində bəzi şou-biznes nümayənləri axı niyə qaşınırlar. El arasında belə bir məsəl var, “Keçinin buynuzu qaşınanda çobanın çomagına sürtər". Sonra da deyər ki, çoban niyə çomagını təpəmə çırpdı? Necə deyərlər “Özü yıxılan ağlamaz!”.

İnsan gərək özü öz səviyyəsini qorumağı, ağzına yiyəlik eləməyi bacarsın və özü çərçivəsini bilsin. Sonradan əl-ayağa düşərək əlinin altındakı əsabələrini prodüsserimin əlinə-ayağına salıb "Afaqı susdurun" deyə yalvarmasın.

Bəyan edirəm ki, "lüt şəkillər çəkdirib, qeyrətdən danışır” dediklərin var haaa, geyinib şəkil çəkdirənlərdən fərqli olaraq onları toylara aparsınlar deyə, arvadına bacı, özünə qardaş dediyi insanların altına heç vaxt yıxılmır. Mən sənin kimi oramı-buramı ailəli kişilərin gözünə soxub, sonra da dini, namazı əlimdə bayraq etmirəm. Təbii ki, keçirdiyin əməliyyatların sayını və izlərini həkimlər yox, “həcilər” və “evli” kişilər daha dəqiq bilər.

Ona buna söz atmaqla "mənə heç kim bata bilməz" deyərək çox da lovğalanma. Haqlı olduğum təqdirdə bataram da, lazım gələr lap o tərəfə də keçərəm. Amma heç vaxt özümə gündəm və reklam qazanmaq naminə haqsız yerə heç kimin bostanına daş atmaram. Soyunub şəkil çəkdirənlərdə olan vücud sənin kimilərdə olsa, nəinki lüt şəkillər çəkdirmək, onlardan fərqli olaraq həyatda da lüt gəzərsən. Soyunub şəkil çəkdirənləri də o həddə çatdırma ki, qaranlıq keçmişinə işıq salsınlar".

Qeyd edək ki, A.Aslanın Xatunu təhqir etməsinə səbəb onun verilişlərin birində verdiyi müsahibə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə