2019-cu ildə boşanan məşhurlar FOTOLAR

2019-cu ildə boşanan məşhurlar FOTOLAR

2020-ci ilə qədəm qoymağımıza sayılı günlər qalıb. Məşhurlar 2019-cu ildə yaradıcılıqlarından çox şəxsi həyatları ilə gümdə qaldı.

SİA-ya bu il boşanan məşhurların siyahısını təqdim edir:

Müğənni Aynur Dadaşova: "Ərindən illər əvvəl ayrılsa da, bu haqda bir neçə gün əvvəl açıqlama verib. O, ərinin ona başqa qadınla xəyanət etdiyini və buna görə münasibətlərinə son qoyduğunu deyib. Onun iki övladı var".

Müğənni İlqar Xəyal: "İkinci həyat yoldaşından da boşanıb. O, üçüncü dəfə nikah masasına oturub. İfaçının bu nikahdan övladı da dünyaya gəlib".

Müğənni Əbdül Xalid: "Sənətçi bir neçə il əvvəl həyat yoldaşından ayrılıb".

Müğənni Sevda Sanəliyeva: "İkinci həyat yoldaşı Cəmildən yay aylarında ayrılıb. Sənətçi qalmaqallı ayrılma məsələsi haqda rəsmi boşanma olduqdan sonra açıqlama yayıb".

Müğənni Yaşar Yusub: "İfaçı boşanması haqda ətraflı açıqlama verməyib. Yaşarın bir oğulu var".

Aktyor Əlixan Rəcəbov: "O, model həyat yoldaşı ilə cəmi 4 ay evli qala bilib".

Aktyor Fərda Xudaverdiyev: "Fərda iki övladının anası ilə yollarını ayırıb, başqa bir xanımla evlənib. Fərdanın ikinci nikahından bir oğlu daha var".

Aparıcı Zaur Nəbioğlu: "Zaur mart ayında xanımından boşanıb. Cəmi bir il evli qalan aparıcının bir övladı var".

Prodüser Anar Mədətov: "Anar həyat yoldaşı Elnurə Mədətovadan qalmaqallı şəkildə ayrılıb. Prodüser ikinci dəfə Samirə adlı xanımla nikah masasına oturub".

Bütün xəbərlər Facebook səhifəmizdə