“Milk and Kisses” qrupu yeni klip çəkilişlərini tamamlayır - FOTO

“Milk and Kisses” qrupu yeni klip çəkilişlərini tamamlayır - FOTO
Azərbaycanın məşhur qruplarından olan "Milk and Kisses"("Süd və Öpüş") söz verdiyi "Hardadır hisslər" adlı mahnının klip çəkilişlərini tamamlayıb. SİA- açıqlama verən müğənnilərin sözlərinə görə, onlar klipdə yeni retro obrazda görünüblər: "Klip tezliklə efirdə yayımlanacaq. İstədiyimiz nəticəni əldə etdik. Obrazlarımızı da xüsusilə bəyəndik",-deyə qrup üzvləri bildirib.

Qeyd edək ki, "Hardadır hisslər" mahnısını qrupun üzvlərindən olan Fəridə Nelson və Nicat Fərəcov yazıb. Mahnı İngiltərədə aranjeman olunub. Klipə Fərhad Əli rejissorluq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə