Xatun: "Heç bir kişi ilə münasibətim olmayıb"

Xatun: "Heç bir kişi ilə münasibətim olmayıb"

Müğənni Xatun verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, prodüser-aparıcı Tarix Əliyevin (Tolik) suallarını cavablandırıb.

Xatun qeyrətdən danışan bəzi ifaçıları yıxıb-sürüyüb: "Bəzi qadın müğənniləri qeyrət və namusdan danışanda şoka düşürəm. Özlərini ağıllı hesab edirlər. Lüt şəkillərini sosial şəbəkədə paylaşır. Sonra da deyir ki, mənim heç bir kişi ilə münasibətim olmayıb. Bu sözləri demək lazım deyil".

Xatun rəqqasə Fatimə Fətəliyeva ilə küsülülüyündən də söz açıb: "Fatimə ilə dalaşmağıma peşman deyiləm. Onunla dalaşdım və kinim bitdi. Məni həmin söhbətdə əsəbiləşdirən ərinin üstümə gəlməsi oldu. Həyat yoldaşı söhbətə qarışmasaydı, iki qadın aramızdakı söhbəti həll edərdik. Davamızda pulun üstündə olmuşdu. Onu da deyim ki, Fətəliyeva xına mərasimlərinə 500 manata da gedir.

İfaçı Tolikin "Fatimə avtomobil qəzasına düşsə, yanında olarsanmı?" sualına belə cavab verib: "Allah heç kimin başına pis hadisə gətirməsin. Rəqqasənin başına xoş olmayan hadisə gəlsə, onunla dodaq-dodağa öpüşənlər, arada söz-aparıb gətirinlər köməyinə gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə