Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimova uzun saçları ilə vidalaşıb. SİA-nın məlumatına görə, o, uzun saçlarını qısaldaraq, sarı rəngə boyatdırıb.
Kərimova getdiyi verilişlərdən çəkdirdiyi şəkilləri sosial şəbəkədə yayımlayıb. Onun son günlər qısa və sarı saçları ilə efirlərə çıxması izləyicilər tərəfindən xoş qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri Əməkdar artistin ünvanına "Sənə qısa saç yaraşmır", "Uzun saçlarına qayıt" kimi sözlər yazıblar.
K.Kərimova izləyicilərinin bu sözlərinə cavab verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə