Leonid Aqutin və Anjelika Varumum Bakıda keçirilən konsertində nələr yaşanıb?

Leonid Aqutin və Anjelika Varumum Bakıda keçirilən konsertində nələr yaşanıb?
Rusiya estradasının məşhur simiları Leonid Aqutin və Anjelika Varum Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış ediblər. SİA-nın məlumatına görə, şəhərimizin musiqili qonaqları tamaşaçıların gözünü bir saat yolda qoyub. Saat 20.00-da Leonid Aqutin səhnəyə çıxıb və tamaşaçılardan üzr istəyib: "Sizi gözlətdiyimizə görə üzr istəyirik. Təyyarəyə gecikdiyimiz üçün sizi də burada gözlətməli olduq. İnanmıram ki, bu, konsertimizə mane olacaq".

Leonid Aqutin tamaşaçılarla səmimi ünsiyyət qurmağı bacarıb və canlı ifalarla yanaşı maraqlı söhbətlər, zarafatlar da edib. Aqutin bir xeyli vaxt səhnədə tək olub. Bir müddətdən sonra Anjelika Varum da səhnədə görünüb. Müğənni ifası ilə yanaşı, bədən quruluşuna zəriflik qatan 5 eleqant libası ilə gecə boyu tamaşaçılara xoş ovqat bağışlayıb.

Leonid və Anjelika "Dva puti-dve doroqi" duetini oxuduqdan sonra repertuarında olan ən hit mahnılarını - "Xudojnik- Çto Risuet Dojd", "Fevral", "Ne jdi menya", "Polovina serdtsa", "Ya budu vseqda s toboy", "Tı zabudeş obo mne", "Tvoi qlaza" və s. tamaşaçılara ərməğan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə