İbrahim xəstəxanadan görüntüsünü yaydı VİDEO

Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalı əməliyyat olunub. SİA-nın məlumatına görə, ifaçı xəstəxanadan videosunu sosial şəbəkədə paylaşaraq, hazırda yaxşı olduğunu vurğulayıb: "Hazırda yaxşıyam. Əməliyyatım çox uğurla keçdi.

Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Məni xəstəxanada ziyarət etməyənlərdən də incimirəm. Anlayıram ki, hər kəsin işi-gücü var. Hamıya müvəqqəti həyatda can sağlığı və kişi kimi yaşamağı arzu edirəm".

Qeyd edək ki, İ.Borçalı hər 2 böyrəyindən əməliyyat olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə