Yaşar Cəlilovdan yeniliklər AÇIQLAMA

Müğənni Yaşar Cəlilov yaradıcılığında yeniliklər edəcək. SİA-ya bu haqda prodüseri Vüsalə Kərimova açıqlama verib: "Yaşar iki yeni mahnı üzərində çalışır. Bəstələrdən birinin sözləri Leyliyə, musiqisi Pərviz Mahmudova, aranjemanı Rəşad Masallıya aiddir. Lirik mahnı sevgiyə həsr olunub.

Y.Cəlilovun digər bəstəsi "Məhəbbət" adlanır. Mahnının sözləri Ənvər Ənvərliyə, musiqisi və aranjemanı Tərlan Məmmədhüseynova aiddir".

Qeyd edək ki, ifaçının sözügedən bəstələri dekabr ayında işıq üzü görəcək.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə