Zaurdan Günaya: "İnsan insanı bu qədər sevərmi?" VİDEO

Aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günay Baxşəliyeva haqqında danışıb. SİA-nın məlumatına görə, o, bu barədə idarə etdiyi verilişində bəhs edərək, xanımına təşəkkür edib: "Kaş hər kəsin həyatında olsun. Bizim həyatımızda var, bəlkə ona görə sevgisizliyi hiss edə bilmirəm. Elə insan var bunun acıdır. Sevgi ilə o qədər əhatə edilmişəm ki... Kənardan baxanda düşünürəm ki, bir insan bir insanı bu qədər sevə bilərmi? Sayqısı, hörməti evdə də, çöldə də bu qədər ola bilərmi? Bəlkə bu da bir lotoreyadır, Allahın bir yazısıdır. Buna görə Günaya təşəkkür edirəm".

Qeyd edək ki, Zaur və Günay cütlüyünün Dilavər adlı qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə