Oksananın filminin treyleri yayımlanıb VİDEO

Oksana Rəsulova və Şəhriyar Əbilovun baş rolda çəkildiyi “Sevgi romanı” filminin treyleri yayımlanıb. SİA-nın məlumatına görə, dram janrındakı ekran işinin anonsunda hərəkətli səhnələrin çox olması diqqət çəkib.

Ssenari müəllifinin Azər Aydəmir olduğu filmin quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir.

Qeyd edək ki, filmdə Zümrüd Bədəlova, Cavid Sarıbalayev, Azər Aydəmir, Kazım Abdullayev və başqaları rol alıb. Film 2020-ci ilin fevralında təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə