Türkiyədə silahlı hücuma məruz qalan məşhur müğənni İbrahim Tatlısəs iflic ola bilər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sənətçinin yerləşdirildiyi Muslak Acıbadem xəstəxanasının baş həkimi Çağlar Cuhadaroğlu məlumat verib: "Sənətçinin bədəninin bir hissəsi iflic ola bilər. Ona neçə güllə dəydiyini deyə bilmərəm, amma bilirəm ki, güllələrdən biri baş nahiyəsinin arxa tərəfindən girərək ön tərəfdən çıxıb. Müğənni xəstəxanaya gətiriləndə başında, sağ kəllə sümüyündə qırıntılar var idi. Beynində baş verən qanaxmanı saxlamaq üçün 5 saat ərzində cərrahiyyə əməliyyatı olundu. Burun nahiyəsində də güllə izi var. Tatlısəslə yanaşı onun köməkçisi də boğazından güllə yarası alıb. Onun vəziyyəti müğənniyə nisbətən daha yaxşıdır. İkisinə də plastik əməliyyat edilib", -deyə həkim sözlərini tamamlayıb.
Hadisə ilə bağlı son məlumatlar da əldə olunub. Silahlı hücum müğənni və köməkçisi gecə saatlarında Şişli rayonundakı "Nurol Plaza"da həyata keçirilən "Beyaz" TV-dəki İdo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından uzun məsafəli silahla atəşə tutulub. Araşdırma aparan polis İbrahimin maşınında 4 və yaxın binalarda 4 güllə izi aşkar edib. Ümumilikdə isə olay yerindən 11 güllə gilizi tapılaraq aktlaşdırılıb.
Qeyd edək ki, hadisə zamanı sənətçinin səs tellərinə zədə dəyməyib. Müğənni sağ qalsa, yenidən oxuya biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB