25 gündən sonra barışan Pərvizlə Türkan verilişə çıxdı VİDEO

25 gündən sonra barışan Pərvizlə Türkan verilişə çıxdı VİDEO

25 gün əvvəl ayrıldıqlarını açıqlayan duet ortaqları meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə barışıb. SİA-nın məlumatına görə, onlar verilişlərin birində qonaq olaraq, bu haqda danışıblar.

Pərviz barışığa belə münasibət bildirib: “Elə çox darıxırdım. Türkan çörək tapacaq. Mən onun xətrinə dəyməmişəm. Oldu keçdi. İstəmirəm çox sıxılsın. Onun atası-anası məni çox istəyir. Əsas bu, şou deyildi. Türkanla diqqətsizliyə görə aramız dəymişdi. Diqqətli olmağa görə də barışmışıq”.

T.Vəlizadə isə bu sözləri deyib: “O qədər göz öyrəşib ki... Bir yerdə daha maraqlı alınır, daha gözəl alınır”.

Bütün xəbərlər Facebook səhifəmizdə