Ayaz xanımına görə tənqid olundu FOTO

Ayaz xanımına görə tənqid olundu FOTO

Müğənni Ayaz Qasımov ailəsi ilə şam yeməyindən çəkilmiş şəkli sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, fotoda sənətçinin həyat yoldaşı, oğlu və qızı yer alıblar. O, paylaşımına bu sözləri yazıb: "10 il öncə məhz bu gün! Həyatıma məna, rəng gəldi. Rəbbimə çox şükür xoşbəxtəm. Allah hamını xoşbəxt eləsin. Bu günlərimiz üçün uca Allaha şükürlər olsun. Artıq övladlarımız böyüyür və həyatın mənası daha da gözəlləşir. Daima hər günümüz, hər ilimiz gözəl keçsin. Yaxşı ki, varsan".

Ayaz xanımının üzünü ürək emojisi ilə bağlayıb. İfaçının bu addımı izləyiciləri tərəfindən tənqidlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə