Rozadan Elzaya sərt sözlər: "Şeir yazmağın heç kimə lazım deyil" VİDEO

Müğənni Roza Zərgərli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı aparıcının suallarını qalmaqallı şəkildə cavablandırıb.

"Qara siyahında olan 3 müğənni" sualına Zərgərli "Elza Seyidcahan, Nura Suri, Sevil və Sevinc" cavabını verib.

Roza E.Seyidcahanla küsülü olduğunu bildirib. O, aralarında yaşanan qalmaqaldan bəhs edərək, qalmaqallı sözlər söyləyib:

"Elza Seyidcahan məni xərcə salıb. Bir dəfə konsertə getmişdik, orada yedik-içdik. Bakıya qayıdanda, haqqımda nələr dedi. Qayıtdı ki, "get fiquranla məşğul ol". Sən əməliyyatıma söz atırsansa, heç sənin duxun çatmaz o qədər pul əməliyyata verəsən. 20 ildən çox məni tanıyırsan, bilirsən necəyəm. Gedib başqaları kimi piydən vurdurmuram.

O gün bacısı danışır. Bir vaxt Türkiyədə qalanda bacın yox idi. Heç mənlə münasibəti olmaya-olmaya kömək istədi. Mən onu Türkiyədə təmin etdim ki, Vətənə dönsün. Elza kimi yüz müğənnini susuz yola salaram. Şeir yazmağın da heç kimə lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə