Niyam: "Samir iş bilmir"

Müğənni Niyam Salami küsülü olduğu həmkarı Samir Piriyevdən danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edib: "Türkiyədə açdığımız restoranda sərmayə itirdik. Ortağım iş bilmədi, alınmadı. Restoran işi mənim yemək hazırlamağımla bitmir. Ev qədər oranı sevməlisən. Müdir hər şeyin üstündə durmalıdır. Elə yeməklər edirəm ki... Allah vergisidir".

Qeyd edək ki, Samirlə Niyam Bodrumda restoran açmışdı. Onların biznesi batmış, ifaçılar arasında qalmaqal yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə