Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib. SİA-nın mməlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Teatrlar Xadimləri İttifaqının XIV konfransında mən də iştirak edirdim. Həmin tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edirdi. Həmin an Xalq artisti Afaq Bəşirqızı konfransı tərk etdi. Anlaya bilmədim ki, onun bu hərəkətinə nə ad vermək olar. Bəlkə, Afaq xanımın ürəyi vəzifə istəyir. Mən heç kimi dəstəkləmirəm, özümü dəstəkləyirəm. Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar”.
Qeyd edək ki, Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk etmişdi. Aktrisa daha sonra jurnalistlərə açıqlamasında hər şeyin ssenari üzrə getdiyini bildirmişdi: “O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm: Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azər Paşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB