Brilliant həyat yoldaşına həsr etdiyi mahnıya klip çəkdirdi VİDEO
Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib. SİA-nın məlumatına görə, söz və musiqisi Fərid Kərimliyə məxsus olan "Şükür ola" adlı mahnıya çəkilən klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi çəkiliblər.
Onlar ekran işində sevgili obrazını canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb.
Qeyd edək ki, bu mahnını müğənni həyat yoldaşı Ədalət Hacıyevın doğum gününə həsr edib, sosial şəbəkə hesabında bu sözləri yazmışdı:
“31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB