Müğənni Xuraman Şuşalı prodüser-aparıcı Tarix Əliyevin (Tolik) idarə etdiyi verilişdə qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı Tolik illər öncə Xuramanla yaşadığı qalmaqaldan danışıb: "12-13 il öncə Xuraman Şuşalı ilə dava etdim. Çox möhkəm dalaşdıq. Amma sonra barışdıq. O, söz-söhbətdən sonra Xuramanın mərhumə anası ilə telefonla danışdım. Qızı ilə dalaşdığıma görə çox utandım. İndi veriliş zamanı Xuramandan halallıq istəyirəm. Məni ürəkdən bağışlasın".
Şuşalı Tolikə "Səni ürəkdən bağışlamışam" cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB