Bir müddət əvvəl həbsdən çıxan müğənni Fədayə Laçın qalmaqal yaşadığı duet ortağı Tacir Şahmalıoğlu ilə yenidən bir araya gəlib. SİA-nın məlumatına görə, onlar ötən gün birlikdə toy məclislərinin birinə qatılıblar və ifaçılar duet səsləndiriblər.
Həmin görüntüləri Tacir "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: "Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı".
Qeyd edək ki, Fədayə həbsdə olan müddətdə bacısı İlahə Fəda Tacirlə qalmaqal yaşamışdı. O, bacısının Şahmalıoğlu ilə bir daha bir araya gəlməsinə icazə verməyəcəyini demişdi. Fədayə isə saytımıza açıqlamasında bildirib ki, Tacirlə məclislərə getsə də, duet yazdırmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB