Günay "O səs Türkiyə"də VİDEO

Azərbaycanlı müğənni "O səs Türkiyə" yarışmasına qatılıb. SİA-nın məlumatına görə, Günay Bəylərqızı adlı ifaçı "Saçlarını yol getir" mahnısını səsləndirib. Onun ifasına ilk münsif kürsüsündə əyləşən Murat Boz və Beyazit Öztürk dönüb.

Daha sonra isə Hadisə ilə Seda Sayan çevrilib.

Tamaşaçıların istəyi ilə Günay mahnını ikinci dəfə səsləndirib. O, daha sonra yarışmaya Murat Bozun komandasında davam etmək istədiyini söyləyib.

Qeyd edək ki, Günay "Azərbaycanın səsi" yarışmasının iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə