Meyxanaçı Pərviz Bülbülə bir müddət öncə ayrıldığı duet ortağı Türkan Vəlizadə haqda hər kəsin marağına səbəb olacaq sözlər deyib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "İşdə ən önəmli məsələ puldur. Borcum yoxdur ki, gedim kiminsə qapısın döyüm, dəstək olum. Məqsədim pul qazanmaq olub. Layihəm olub, Türkanı çağırıb pul qazanmışam. O mənə, mən də ona kömək olmuşam.
Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirmişəm. Mən kim olmuşam ki? Hərənin öz istedadı var. Xoşum gəlmir kiməsə kömək edib, üstünə damğa qoymaqdan. Kişiyə yaraşan hərəkət deyil.
Ayrılığımızın tək səbəbi dostumun məclisinə gəlməməyi deyildi. Onu əldə bayraq etmək olmaz. Başqa səbəblər də oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə