Lətifə: "Elşad Qarayevin səsini eşidəndə əsəbiləşirəm" VİDEO

Lətifə: "Elşad Qarayevin səsini eşidəndə əsəbiləşirəm" VİDEO

"33 sual" rubrikası bu dəfə müğənni Lətifə Soyuözün evində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi ona ünvanlanan sualları cavablandırıb.

"Ünvanıma "İfritə, gözəl səsə sahib olan və cazibədar qadın" sözlərini eşidirəm. İndi insanların həqiqi olmamağından, süniliyindən əsəbiləşirəm. Amma tamaşaçılar onları qəbul edir və sevir. Uşaqlıqdan daş-qaş, bahalı xəz içində böyümüşəm. Sonradan görən deyiləm. Nə qocalıqdan, nə kasıblıqdan qorxmuram. Bəzən deyirlər, avtobusa uşaqlıqda minmişəm. Mən ürəyim istəyəndə avtobusa minir, hər yerə gedirəm".

Lətifə evlilik təklifi aldığını etirafım edib: "Sonuncu dəfə 3 ay əvvəl evlilik təklifi almışam. Ürəyimcə olmayan heç nə yaşaya bilmərəm. Mənə pul, dövlət vacib deyil. Mənə kiminlə yaşayıb, səhərimi kiminlə açacağım önəmlidir. Ona görə də, təklifə "yox" cavabını vermişəm".

O, "Oğluna müğənni qız alarsan?" sualına belə cavab verib: "Mənim kimi qız olsa, alaram".

İfaçı aparıcının "Hansı müğənni evdə qalıb, qızıla dönüb, xəbəri yox oğlanların" sualına "Sevda Yahyayeva" cavabını verib.

Soyuöz plastik əməliyyat etdirən məşhurların adlanrını açıqlayıb: "Faiq Ağayev, Rəhim Rəhimli və Vasif Məhərrəmli plastik əməliyyat etdirən kişi məşhurlardır".

Lətifə küsdüyü həmkarından da söz açıb: "Əlimdə olsaydı, Rəvan Qarayevə deyərdim ki, oxuma. Çünki ondan küsmüşəm".

Soyuöz səsini bəyənmədiyi ifaçının adını açıqlayıb: "Elşad Qarayevin səsini eşidəndə əsəbiləşirəm. Elşad əmi incimə (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə