Sənətindən çox geyimləri ilə gündəmdə olan müğənni FOTOLAR

Sənətindən çox geyimləri ilə gündəmdə olan müğənni FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva yenidən geyimləri ilə gündəmə gəlib. SİA-nın məlumatına görə, ifaçı dekolteli, qısa, yarıqlı libasları ilə şəkillər çəkdirərək sosial şəbəkədə yayımlayıb.

İzləyicilər onun bu paylaşımlarını bəyənməyiblər. Hətta "Sənətindən çox geyimləri ilə gündəmə gəlir" kimi sözlər yazıblar.

Qeyd edək ki, T. Ağayeva bir müddət öncə dekolte paltarları ilə gündəmə gəlməsindən şikayətlənmişdi. O, bu haqda verilişlərin birində bu sözləri demişdi: “Sosial mediamda zir-zibil görmək istəmirəm. Gözlərim ona layiq deyil. Bu gün üzülürəm ki, səviyyəsiz bir ortama reytinq deyirik. Tünzalənin dekoltesi üst xəbər olmamalıdır. Bu günün əsas xəbərinə çevirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə