İsrail və Macarıstan “Eurovision- 2011” təmsilçilərinin adlarını açıqlayıb- FOTO
İsrail "Eurovision- 2011" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisini seçib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmsilçi İsrailin 1-ci kanalında keçirilən və internet vasitəsi ilə digər ölkələrə canlı yayımlanan verilişdə açıqlanıb.
Belə ki, ölkəni müsabiqədə Dana İnterneşnl adlı ifaçı "Ding dong" mahnısı ilə təmsil edəcək.
Qeyd edək ki, Dana 1998-ci ildə keçirilən "Eurovision" mahnı müsabiqəsində Diva mahnısı ilə qalib olub.
Bununla yanaşı, Macarıstan da öz ifaçısının adını açıqlayıb. Bir illik fasilədən sonra Macarıstan yenidən "Eurovision"a qayıdıb. Belə ki, fasilədən sonra ölkəni bu il mayda Almaniyada keçiriləcək müsabiqədə Keti Volf təmsil edəcək. O, Düsseldorf səhnəsində "What About My Dreams" mahnısını ifa edəcək.
Keti Volf karyerasına "X-Factor" mahnı müsabiqəsinin macar versiyasında iştirakı ilə başlayıb. O, ifa edəcəyi mahnı haqqında belə deyir: "What About My Dreams" mahnısı 80-ci illərin pop əhval-ruhiyyəsindədir. Bu mahnını çox sevirəm və ümid edirəm ki, "Eurovision"nun 100 milyona yaxın izləyicisi də bu mahnını çox bəyənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB