Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə olan yeni duetini təqdim edib. SİA-nın məlumatına görə, “Nəfəsim, qəlbim” adlanan mahnının musiqisi Nigar Camala, sözləri İkram Əliyevə məxsusdur.

N.Camal bəstəsi ilə bağlı fikirlərini belə izah edib: “Bu mahnının mənim üçün ikiqat özəlliyi var: Birincisi, ilk bəstəmdir. İkincisi isə musiqi çox dəyərli bir insana həsr olunub. Sözlərini İkram Əliyev qələmə aldı. Bəstə yaranandan duet olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər oldu. Duyğularımı insanlara istədiyim kimi çatdırmağa sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi...”.

Qeyd edək ki, klipin rejissorluğunu Əli Zamansoy, montajını isə Rasif Əliyev həyata keçirib. Çəkilişlər üç gün ərzində Lənkəran, Astara və Bakıda reallaşıb. Klip üzərində 18 nəfərlik komanda çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə